UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinə yekun vurulub.
"Report" xəbər verir ki, Almaniyanın "Bayern Münhen" klubu öz meydanında Fransanın "PSJ" komandasını qəbul edib.
Parisdə keçirilən ilk qarşılaşma "PSJ"nin 5:4 hesablı qələbəsi ilə bitmişdi.
Cavab görüşündə hesabı qonaqlar açıblar. Oyunun 3-cü dəqiqəsində Usman Dembele fərqlənərək komandasını önə çıxarıb.
Matçın sonunda (90+4) "Bayern Münhen"in futbolçusu Haari Keyn bərabərlik qolunu vurub. Lakin iki oyunun nəticəsinə əsasən, "PSJ" finala vəsiqə qazanan tərəf olub.
Qeyd edək ki, yarımfinalın digər cavab matçında İngiltərənin "Arsenal" klubu öz meydanında İspaniyanın "Atletiko Madrid" komandasını minimal hesabla məğlub edərək finalda iştirakını təmin etmişdi.
Beləliklə, UEFA Çempionlar Liqasının finalında "Arsenal" "PSJ" ilə qarşılaşacaq.