IMG-LOGO

"Baku Open 2026" turnirinin üçüncüsü Xəzər Babazadə: "Bu il hədəfim fəxri kürsüdə yer almaq idi"

06 May 2026 22:21 2 baxış
IMG

"Baku Open 2026" şahmat turnirində üçüncü yeri tutan Xəzər Babazadənin məqsədi fəxri kürsüdə yer almaq olub.

"Report" xəbər verir ki, bunu şahmatçı özü sözügedən turnirin bağlanış mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib.

O, bürünc medala sahib çıxması barədə danışıb:

"Yarış həqiqətən yüksək səviyyədə təşkil olunmuşdu. Demək olar, bütün görüşlər maraqla keçdi. Ötən il "Baku Open 2025"də yer tuta bilərdim, mükafatçılar sırasından son anda kənarda qaldım. Bu il hədəfim fəxri kürsüdə yer almaq idi. Şadam ki, bunu bacardım, ən azı üçüncü yerə çıxa bildim. Qarşıdakı illərdə nəticələrimi daha da yüksəltməyə çalışacağam".

Qeyd edək ki, Xəzər Babazadə ən güclü şahmatçıların yer aldığı A qrupunda (6,5 xal) üçüncü nəticə göstərib.

Xəbər lenti