IMG-LOGO

Şəkər xəstələrinə balqabaq yemək olar?

06 May 2026 21:26 4 baxış
IMG
0 0

Düzgün hazırlanan və normada istehlak edilən balqabaq qan şəkərinin kəskin dəyişməsinə yol açmır. Buna baxmayaraq, diabetin son mərhələlərində suda bişmiş balqabağın çox yeyilməsindən çəkinmək lazımdır.

Lent.az xəbər verir ki, bu barədə gazeta.ru-ya rusialı həkim-endokrinoloq Nataliya Tananakina bildirib.

Mütəxəssis izah edib ki, tərəvəzin tərkibi hüceyrələri zərərli sərbəst radikallardan qoruyan antioksidantlar, həmçinin lif, mineral və vitaminlərlə zəngindir. Düzgün istifadə olunduğu təqdirdə balqabaq pəhriz menyusunun dəyərli bir elementi olur.

Ekspert qeyd edib ki, ən aşağı qlikemik indeks (Qİ) çiy balqabaqdadır. Qİ məhsulun karbohidratlarının təmiz qlükoza ilə müqayisədə qan şəkərini hansı sürətlə və miqdarda yüksəltdiyini göstərir. Diabet xəstələri üçün qlükoza səviyyəsinin qəfil artması təhlükəlidir. Endokrinoloqun sözlərinə görə, çiy balqabağın qlikemik indeksi 25-30 arasındadır ki, bu da onun təhlükəsiz və ləng həzm edildiyini göstərir. Sobada bişirilən variantın Qİ-si 50-55-dir və müəyyən miqdarda yeyilməsi məqbuldur. Lakin qaynadıldıqda və ya püre şəklinə salındıqda bu göstərici 65-75-ə qalxır. Belə formada çox yeyilərsə, şəkərin səviyyəsi nəzərəçarpacaq dərəcədə yüksələ bilər.

Həkim xəbərdarlıq edir ki, diabetin dekompensasiyası mərhələsində porsiya ölçülərinə ciddi nəzarət tələb olunur. Çünki xəstəliyin bu səviyyəsində kənardan vurulan insulin qan şəkərini normaya salmağa kifayət etmir. Mütəxəssis əlavə edib ki, istilik emalından keçmiş balqabağın qlikemik indeksi yüksək olsa da, porsiyadakı karbohidrat miqdarı az olduğu üçün qlikemik yükü aşağı qalır. Məhz buna görə də 100-150 qram suda bişmiş balqabaq istehlak etmək qlükozanın qəfil qalxmasına səbəb olmur.

şəkərli diabet balqabaq

Xəbər lenti