IMG-LOGO

Üç qızı evdə ildırım vurub öldürdü

06 May 2026 18:54 2 baxış
IMG
2 0

Uqandanın Kabale dairəsində üç qız ildırım vurması nəticəsində həlak olub.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, hadisə dünən saat 17 radələrində güclü yağış zamanı baş verib.

Məlumata görə, qurbanlar valideynləri evdə olmadığı müddətdə yağış şiddətlənərkən evlərinin mətbəxində sığınıblar.

Bildirilir ki, iki 13 yaşlı məktəbli qız və uşaq bağçasına gedən dörd yaşlı uşaq həlak olub. İldırım evə düşüb və nəticədə qızlar dərhal ölüblər.  

Hadisələr

Xəbər lenti