IMG-LOGO

"Azercell"in eksklüziv tərəfdaşlığı ilə “Bakı Marafonu 2026” uğurla baş tutub

06 May 2026 19:09 2 baxış
IMG
0 0

May ayının 3-də Heydər Əliyev Fondunun təşəbbüsü və “Azercell Telekom” MMC-nin eksklüziv tərəfdaşlığı ilə paytaxtın ənənəvi kütləvi idman tədbiri olan “Bakı Marafonu 2026” uğurla keçirilib.

Yarış Azərbaycan vətəndaşları ilə yanaşı, ABŞ, Almaniya, Böyük Britaniya, Çin, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Rusiya, Türkiyə, Ukrayna və digər ölkələrdən olan 25000 iştirakçını bir araya gətirərək sağlam həyat tərzinin təşviqi və ictimai həmrəyliyin gücləndirilməsinə növbəti dəfə töhfə verdi.

“Küləyə qalib gəl” şüarı altında təşkil olunan doqquzuncu Bakı Marafonu bu il ilk dəfə 42 kilometrlik tam məsafə üzrə baş tutdu. Yarış Dövlət Bayrağı Meydanından start götürərək müəyyən edilmiş marşrut boyunca “Sea Breeze” ərazisində finişlə yekunlaşdı. Eyni zamanda, 10 km və 21 km məsafələr üzrə iştirakçılar üçün ayrıca finiş xətləri də təşkil olundu.

Yarışın nəticələrinə əsasən, kişilər arasında qalib Türkiyədən Əhməd Alkanoğlu oldu. Ukraynalı yarışçı Vitaliy Şafar finiş xəttini ikinci, Qırğızıstan təmsilçisi Yrskeldi Akerov isə üçüncü keçdi. Qadınların mübarizəsində Rusiyadan Yelena Tolstıx birinciliyə nail oldu. Azərbaycandan Anna Yusupova yarışı ikinci, Qazaxıstandan Şirin Akimbay isə üçüncü pillədə tamamladılar.

Azercell qalibləri xüsusi hədiyyələrlə mükafatlandırdı. Şirkət ənənəyə sadiq qalaraq tədbirin fərqlənmiş tələbə iştirakçılarını da diqqət mərkəzində saxladı.

“Azercell Telekom” MMC-nin rəhbər heyəti, əməkdaşları və korporativ tərəfdaşları öz iştirakı ilə tədbirə dəstək göstərdilər. Təşəbbüs şirkətin sağlam həyat tərzinin təşviqi istiqamətində həyata keçirdiyi sosial məsuliyyət fəaliyyətlərinin tərkib hissəsidir.

 

İqtisadiyyat

Xəbər lenti