IMG-LOGO

Azərbaycanın ən sürətli yolunda radar quraşdırıldı - 130 km/saat - YENİLƏNİB

06 May 2026 18:23 2 baxış
IMG
9 0

Baş Dövlət Yol Polisi İdarəsi Bakı-Quba yolunda sürət həddi ilə bağlı məlumat yayıb. 

Bildirilib ki, hazırda Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi ödənişli avtomobil yolunda müəyyən edilmiş sürət həddinə quraşdırılmış radar qurğuları vasitəsilə intensiv nəzarət olunur. 

Baş Dövlət Yol Polisi İdarəsi bir daha bütün yol hərəkəti iştirakçılarını təhlükəsizlik qaydalarına riayət etməyə çağırır.

***

saat 13:23

Azərbaycanın ən sürətli yolu müəyyənləşib. 

Lent.az xəbər verir ki, Bakı-Quba-Rusiya ödənişli avtomobil yolunun H.Z.Tağıyev qəsəbəsindən başlayan 129 km-lik hissəsində yeni nişanlar quraşdırılıb.

Həmin yolda avtomobillər üçün sürət həddi 130 km/saat göstərilir. Sürət həddini göstərən nişanlar da yol kənarına qoyulub. 

Jurnalist Elxan Yusiflinin yoldan paylaşdığı fotonu təqdim edirik.

Bakı-Quba yolu sürət həddi 130 km/saat

Xəbər lenti