IMG-LOGO

Bu Azərbaycan filmi 48 il sonra ÜZƏ ÇIXDI

06 May 2026 17:30 2 baxış
IMG
0 0

“Araşdırın!” adlı qısametrajlı bədii film Azərbaycan Dövlət Film Fondunun arxivinə daxil olunub.

Lent.az xəbər verir ki, bu barədə Dövlət Film Fondu məlumat yayıb.

Qeyd edilib ki, film 1978-ci ildə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun tədris kinostudiyasında istehsal olunub. Əməkdar incəsənət xadimləri, kinorejissor Cahangir Mehdiyevlə kinooperator Ələkbər Muradovun tələbə ikən çəkdikləri kurs işidir. Filmin direktoru Nadir Əliyevdir.

Ekran əsərinin baş rollarında Fazil Salayev, Leyla Bədirbəyli, Arif Qasımov kimi tanınmış aktyorlar çəkilib. Aktyor Fazil Salayevin kinoda son işidir.

Film Əməkdar incəsənət xadimi Ələkbər Muradovun oğlu, rejissor Murad Muradov tərəfindən təhvil verilib və Azərbaycan Dövlət Film Fondunda rəqəmsallaşdırılıb.

Filmin adına bu günədək Azərbaycan kinosu haqqında hazırlanmış heç bir kataloq və siyahıda rast gəlinməyib.

film kino film fondu Azərbaycan filmləri mədəniyyət xəbərləri

Xəbər lenti