Yaxın Şərqdəki vəziyyətlə əlaqədar dünya bazarlarına enerji resurslarının tədarükündə yaranan fasilələr ən azı 6 ay davam edəcək.
"Report" xəbər verir ki, bu barədə Norveçin "Equinor" şirkətinin rəhbəri Anders Opedal NRK telekanalına müsahibəsində bildirib.
"Sülh indi bərqərar olsa belə, vəziyyətin normalaşması azı altı ay çəkə bilər. Bir çox gəmilər Hörmüz boğazında bloklanıb, digərləri bütün dünyaya səpələnib və geri qayıtmalıdırlar, buna görə də bu, müəyyən vaxt aparacaq", - deyib rəhbər əlavə edib ki, bu müharibədən heç kim heç nə qazanmayacaq.