IMG-LOGO

Deputat: Bolşeviklərin adlarını daşıyan küçə adlarının dəyişdirilməsi məsələsinə yenidən baxılmalıdır

06 May 2026 14:34 3 baxış
IMG

Bolşeviklərin adlarını daşıyan küçə adlarının dəyişdirilməsi məsələsinə yenidən baxılmalıdır.

"Report" xəbər verir ki, bunu Milli Məclisin deputatı Vasif Qafarov parlamentin Regional məsələlər komitəsinin bugünkü iclasında Qubanın bir sıra kəndlərinin adlarının dəyişdirilməsi haqqında qanun layihəsinin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, həmin adların Azərbaycan tarixini, görkəmli şəxsiyyətlərini, milli dəyərlərini əks etdirən adlarla əvəz olunması vacibdir:

"Bu, tarixi yaddaşın bərpasına, həm də gələcək nəsillərin milli ruhda formalaşmasına töhfə verəcək. Ümumilikdə, son iki yüz ildə yad təsirlərə məruz qalmış toponimlərin milliləşdirilməsi prosesi sistemli və davamlı xarakter daşımalı, bu istiqamətdə həm regionlarda, həm də paytaxtda ardıcıl və məqsədyönlü addımlar atılmalıdır".

Xəbər lenti