IMG-LOGO

Bəxtiyar Ersay "SAHA 2026"da Azərbaycan stendini ziyarət edib

06 May 2026 14:43 3 baxış
IMG

Türkiyə Silahlı Qüvvələrinin Birinci Ordu Korpusunun komandiri, ordu generalı Bəxtiyar Ersay İstanbulda keçirilən "SAHA 2026" Beynəlxalq Müdafiə və Aerokosmik Sərgisində Azərbaycan stendini ziyarət edib.

"Report"un Türkiyəyə ezam olunan əməkdaşı xəbər verir ki, o, Azərbaycan müdafiə sənayesinin təqdim etdiyi məhsul və texnoloji yeniliklərlə tanış olub.

Xatırladaq ki, Bəxtiyar Ersay bundan əvvəl bir müddət Azərbaycanın müdafiə naziri Zakir Həsənovun müşaviri vəzifəsində də fəaliyyət göstərib. Onun həmin dövrdə iki ölkənin hərbi strukturları arasında koordinasiya və əməkdaşlıq proseslərinə töhfə verdiyi bildirilir.

Xəbər lenti