IMG-LOGO

Naxçıvanda 4 tiktoker TUTULDU

06 May 2026 14:00 3 baxış
IMG
2 0

Naxçıvanda tiktok-da əxlaqsızlığı təbliğ edən və canlı yayım açaraq söyüş söyənlər saxlanılıb.

Lent.az-ın məlumatına görə, 41 yaşlı Murad Şükürov (ad və soyad şərtidir), Babək rayon sakini olan 36 yaşlı Şəmşir Dadaşov tiktok sosial şəbəkəsində “ceferbabayev46” və 34 yaşlı Nazim Məmmədov “nefesim21” hesablarında canlı yayım açaraq ictimai mənəviyyatı təhqir edən əxlaqsız ifadələr səsləndiriblər.

Onların hər biri ifadələrində, sərxoş halda canlı yayım açdıqlarını və əməllərindən peşman olduqlarını deyiblər.

Həmçinin 25 yaşlı Röya Məmmədzadə (ad və soyad şərtidir) tiktok sosial şəbəkəsində özünə məxsus “raya_mehdizadə” hesabında əxlaq normalarına zidd hərəkətlər olan video paylaşıb. Həmin videoda insan bədən hissələri əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada görüntülənib.

Röya Məmmədzadə ifadəsində həmin videonu öz doğum gününü qeyd edərkən çəkdiyini bildirib. O, əməlindən peşman olduğunu deyərək, himayəsində olan 2 azyaşlı övladının nəzərə alınmasını və barəsində yüngül cəza verilməsini xahiş edib.

Bu əməllərinə görə, onların hər biri saxlanılaraq, barələrində İnzibati Xətalar Məcəlləsinin 510.2-ci (nternet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə görə) maddəsilə protokollar tərtib olunub.

Məhkəmənin qərarı ilə Murad Şükürov 25, Şəmşir Dadaşov 10 gün müddətinə inzibati qaydada həbs edilib, Nazim Məmmədov 1000, Röya Məmmədzadə isə 750 manat məbləğində inzibati qaydada cərimələnib. 

Hadisələr məhkəmə işləri tiktok söyüş söymək həbs tiktoker məhkəmə qərarları kriminal xəbərlər

Xəbər lenti