IMG-LOGO

Samir Məmmədov: "Azərbaycan ərazisi ilə Ermənistana 25 min ton tranzit yük daşınıb"

06 May 2026 12:02 2 baxış
IMG

Azərbaycan ərazisi vasitəsilə Ermənistana təxminən 25 min ton tranzit yük daşınıb.

"Report" xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov bu gün Bakı Ekspo Mərkəzində keçirilən "Aqro-Ərzaq Sistemlərinin Qarşılıqlı Əlaqəsində Logistikanın rolu: Marşrutlar dəhlizlər və onların təhlükəsizliyi - Xalqların rifahına aparan yol" adlı panel müzakirələrində deyib.

Nazir müavininin sözlərinə görə, Ermənistanla sülh prosesindən sonra bu istiqamətdə tranzit əməliyyatlarının həyata keçirilməsi mümkün olub: "Azərbaycan üzərindən Ermənistana daşınan yüklər arasında taxıl, qarabaşaq və digər aqrar məhsullarla yanaşı, kənd təsərrüfatında istifadə olunan gübrələr də yer alıb. Bu addımlar regional bağlantının gücləndirilməsi və ərzaq təhlükəsizliyinin təmin olunması baxımından xüsusi əhəmiyyət daşıyır. Səmərəli və koordinasiyalı nəqliyyat dəhlizləri məhsulların çatdırılma müddətini azaldır, itkiləri minimuma endirir və xüsusilə tez xarab olan məhsulların keyfiyyətinin qorunmasına imkan yaradır".

Xəbər lenti