IMG-LOGO

Azər Bayramov: "Kənd təsərrüfatında əsas prioritet emal prosesidir"

06 May 2026 10:45 2 baxış
IMG

Kənd təsərrüfatında əsas prioritet emal prosesidir.

"Report" xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Azər Bayramov Bakıda "Caspian Agro Week" çərçivəsində keçirilən V Aqrobiznesin İnkişafı Forumunda bildirib.

Onun sözlərinə görə, məhdud torpaq və su resursları fonunda bu sahəyə peşəkar yanaşma olmalı və resurslara əlçatanlıq artırılmalıdır: "Burda təbii ki, aqrar sığorta sisteminin, risk xəritəsinin, sığorta əhatəsinin genişləndirilməsi fermerlərin dövlət dəstəyinə dayanıqlı şəkildə istifadəsinə şərait yaradacaq. Eyni zamanda kooperasiya modelinin də dəstəklənməsi kiçik istehsalçıların miqyas və bazara çıxış problemlərini sistemli şəkildə həll edə bilər".

Nazir müavini əlavə dəyər zəncirinin dərinləşdirilməsinin vacibliyinə də toxunub: "Hesab edirik ki, digər bir prioritet istiqamət bu dəyər zəncirinin dərinləşdirilməsidir. Əsas əlavə dəyər yaradan istiqamət emal prosesidir. Hesab edirik ki, bu, ət, süd, meyvə-tərəvəz, üzüm kimi məhsulların emalının dərinləşməsi, klaster əsaslı istehsal-emal zəncirinin formalaşması həm məhsuldarlığa, həm də ixrac gəlirlərinə, həm də regionlarımızın inkişafına birbaşa töhfə verə biləcək. Burda soyuducu anbar və taxıl elevator şəbəkəsinin genişləndirilməsi, südtoplama infrastrukturunun yaxşılaşdırılması bu işin vacib komponentləri olmaqla yanaşı, həmin infrastrukturun yerləşdirilməsi mütləq istehsal coğrafiyasına, logistik marşrutlara və perspektiv ixrac kanallarına uyğun olaraq planlaşdırılmalıdır".

Xəbər lenti