Çiyələk sağlamlıq üçün faydalı olan bir çox vitamin, mineral və bitki mənşəli maddələrin mənbəyidir. Lakin bu giləmeyvəni hər kəs eyni dərəcədə rahatlıqla yeyə bilmir.
Lent.az xəbər verir ki, çiyələk xüsusilə C vitamini, fol turşusu və yodla zəngindir, amma bəzi insanlara onu ehtiyatla və ya ümumiyyətlə istifadə etməmək tövsiyə olunur.
Mütəxəssislər bildirir ki, orqanik olmayan çiyələkdə pestisid qalıqları ola bilər. Buna görə dietoloqlar imkan olduqda orqanik məhsullara üstünlük verməyi məsləhət görürlər. Bununla belə, ənənəvi üsulla yetişdirilən məhsulların faydası çox vaxt pestisid riskindən daha yüksək hesab olunur.
Ürək xəstəlikləri üçün təyin edilən beta-blokator dərmanlarını qəbul edən insanlarda qanda kalium səviyyəsi arta bilər. Bu səbəbdən belə şəxslərə çiyələk kimi kaliumla zəngin qidaları normadan artıq yeməmək tövsiyə edilir.
Həddindən artıq kalium qəbulu böyrək fəaliyyəti zəif olan insanlar üçün təhlükəli ola bilər. Böyrəklər artıq kaliumu orqanizmdən çıxara bilmədikdə bu vəziyyət hiperkalemiya ilə nəticələnə bilər və bu da qusma, nəfəs almaqda çətinlik və ürək döyüntüsünün sürətlənməsi kimi problemlərə səbəb ola bilər.
Həkimlər həmçinin çiyələyi acqarına və ya əsas yeməkdən dərhal sonra yeməyi məsləhət görmürlər, çünki bu, həzm sistemi ilə bağlı narahatlıqlar yarada bilər.
Hamilə qadınlar çiyələk yeyə bilərlər, bu onlar üçün həm təhlükəsiz, həm də faydalıdır. Süd verən analar üçün də xüsusi qida məhdudiyyəti tələb olunmur, əsas məsələ balanslı qidalanmadır.
Kiçik uşaqlara isə çiyələk altı aylıqdan etibarən verə bilər.
çiyələk qida meyvə