ABŞ Pakistanın Peşəvər şəhərindəki Baş konsulluğunu tədricən bağlamaq qərarına gəlib.
"Report"un xəbərinə görə, bu barədə ABŞ Dövlət Departamentinin məlumatında bildirilir.
"Bu qərar diplomatik personalın təhlükəsizliyini təmin etmək və resurslarımızın effektiv idarə olunmasına sadiqliyimizi əks etdirir", - bəyanatda deyilir.
ABŞ-nin İslamabaddakı səfirliyindən əlavə, Lahor və Karaçidəki baş konsulluqları da fəaliyyətini davam etdirəcək.