ABŞ Prezidenti Donald Tramp növbəti dəfə Amerikanın İmmiqrasiya və Gömrük Mühafizəsinin (ICE) adının NICE olaraq dəyişdirilməsini təklif edib.
"Report"un məlumatına görə, o, təklifi "Truth Social" sosial şəbəkəsində qartal şəkli və yeni ixtisarla paylaşıb.
Tramp "National Immigration and Customs Enforcement" (Milli İmmiqrasiya və Gömrük Mühafizəsi") adını təklif edib. Bu ixtisar "NICE" mənasını verir və ingiliscə "qəşəng" deməkdir.

