IMG-LOGO

ADB Asiya-Sakit okean regionunda transsərhəd elektrik şəbəkələri üçün 50 milyard dollar ayıracaq

05 May 2026 17:31 2 baxış
IMG

Asiya İnkişaf Bankı (ADB) regional enerji əlaqəliliyini gücləndirilməsi üçün 50 milyard ABŞ dolları cəlb etmək niyyətindədir.

"Report"un Səmərqəndə ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə ADB İdarə Heyətinin 59-cu illik iclasında elan edilib.

Bildirilir ki, ADB yeni maliyyə alətləri, siyasi dəstək tədbirləri və tərəfdaşlıq mexanizmlərindən istifadə edərək 2035-ci ilədək 50 milyard ABŞ dolları səfərbər etməyi planlaşdırır.

Təşəbbüsün vəzifəsi enerji xərclərini azaltmaq, enerji sistemlərinin etibarlılığını gücləndirmək və "təmiz enerji" ticarətinin həcmini artırmaq məqsədilə planetin ən əlçatmaz regionlarında transsərhəd elektrik şəbəkələrinin quraşdırılmasında dövlətlərə yardım etməkdən ibarətdir.

"50 milyard dollarlıq "Panasiya elektrik şəbəkəsi" təşəbbüsü Asiya-Sakit okean regionu üçün zəruri olan infrastruktur formalaşdırılmasına yönəlib. Qarşılıqlı əlaqəni dəstəkləyən dövlətlər kapital qoyuluşları cəlb edir və təcridolunma yolunu seçənlərlə müqayisədə böhranların öhdəsindən daha uğurla gəlirlər. Qarşılıqlı əlaqə – bizim fraqmentasiyaya cavabımızdır", - ADB-nin prezidenti Masato Kanda bildirib.

Xəbər lenti