IMG-LOGO

Vüqar Mustafayev Türkiyədə müdafiə sənayesində yeni texnologiyaların tətbiqini müzakirə edib

05 May 2026 14:35 2 baxış
IMG

Azərbaycanın müdafiə sənayesi naziri Vüqar Mustafayev İstanbulda keçirilən "SAHA 2026" Müdafiə, Aviasiya və Kosmik Sənaye Sərgisi çərçivəsində bir sıra rəsmi görüşlər keçirib.

"Report"un Türkiyəyə ezam olunan əməkdaşı xəbər verir ki, nazir müxtəlif ölkələrin müdafiə sənayesi nümayəndələri ilə görüşərək hərbi-texniki əməkdaşlıq, birgə istehsal layihələri və innovativ texnologiyalar sahəsində əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə edib.

Görüşlərdə müdafiə sənayesində yeni texnologiyaların tətbiqi, sənaye kooperasiyası və regional təhlükəsizlik məsələləri də diqqət mərkəzində olub.

Sərgi çərçivəsində baş tutan görüşlərin Azərbaycanla tərəfdaş ölkələr arasında müdafiə sənayesi sahəsində əlaqələrin daha da gücləndirilməsinə töhfə verəcəyi bildirilir.

Xəbər lenti