İspaniyanın "Real" klubu Portuqaliya təmsilçisi "Portu"da çıxış edən qapıçı Dioqu Koştanı heyətinə qatmaq istəyir.
"Report" "Fichajes" nəşrinə istinadən xəbər verir ki, Madrid komandası 26 yaşlı qolkiperi Tibo Kurtuaya əvəzləyici kimi görür.
"Kral klubu" Portuqaliya millisinin üzvü üçün qarşı tərəfə 50 milyon avro təklif etməyə hazırdır. Rəhbərlik Koştanın Kurtuanı layiqli şəkildə əvəz edə biləcəyinə inanır.
Xatırladaq ki, "Portu"nun yetirməsi 2019-cu ildən əsas komandada çıxış edir. Komanda ilə üç dəfə Premyer Liqada qızıl mükafata sahib çıxan Koşta Portuqaliya yığmanın heyətində UEFA Millətlər Liqasının qalibi olub.