IMG-LOGO

Martin Çunqonq: PAİ və Azərbaycan əməkdaşlığı genişləndirəcək

05 May 2026 12:38 7 baxış
IMG

Parlamentlərarası İttifaq (PAİ) və Azərbaycan artıq formalaşmış uğurlu əməkdaşlığı bundan sonra da inkişaf etdirmək niyyətindədirlər.

"Report" xəbər verir ki, bunu PAİ-nin baş katibi Martin Çunqonq Bakıda jurnalistlərə açıqlamasında deyib.

"İlk növbədə, bu səfər mənim Azərbaycan hakimiyyəti ilə qarşılıqlı fəaliyyət üzrə işimin bir hissəsidir. Mən çox xüsusi bir şəraitdə gəlmişəm, çünki tezliklə Parlamentlərarası İttifaqın baş katibi postunu tərk edirəm. Mən də Azərbaycan və PAİ arasında möhkəm əlaqələrin inkişaf etdirilməsində göstərdikləri dəstəyə görə Azərbaycan hakimiyyətinə minnətdarlığımı bildirmək üçün bu fürsətdən istifadə etmək istədim", - o qeyd edib.

O həmçinin Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşünü çox məhsuldar adlandırıb:

"Ötən gün mənim Milli Məclisin sədri Sahibə Qafarova və onun həmkarları ilə çox məhsuldar danışıqlarım oldu. Biz PAİ və Azərbaycan parlamenti arasında əməkdaşlığı müzakirə etdik və belə bir ümumi rəyə gəldik ki, o, yaxşı səviyyədədir. Biz onu müxtəlif istiqamətlərdə davam etdirmək və möhkəmləndirmək barədə razılığa gəldik".

Xəbər lenti