IMG-LOGO

AZPROMO: Ötən il 50-yə yaxın yerli şirkət 6 beynəlxalq sərgiyə qatılıb

05 May 2026 10:39 2 baxış
IMG

Ötən il 50-yə yaxın yerli şirkət "Made in Azerbaijan" brendi altında 6 beynəlxalq sərgidə iştirak edib.

"Report" xəbər verir ki, bunu İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev Bakı Ekspo Mərkəzində işə başlamış Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi ("Caspian Agro") və 31-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisinin ("InterFood Azerbaijan") açılış mərasimində bildirib.

Onun sözlərinə görə, sərgilər çərçivəsində şirkətlər yeni alıcılar tapır, mövcud alıcılarla əməkdaşlığı genişləndirir: "Bu il də ixracatçılarımızın fəaliyyətinin dəstəklənməsi istiqamətində işlərimiz davam edir. Cari ildə agentliyin dəstəyi ilə şirkətlərimiz vahid ölkə stendi ilə Dubay şəhərində "Gulfood", Düsseldorfda "ProWein" sərgilərində iştirak ediblər. Bu ay həmçinin ixracatçılarımızın "Russia-Islamic World: KazanForum 2026", eləcə də sentyabr ayında Ər-Riyad şəhərində keçirilməsi planlaşdırılan "Saudi Food Expo 2026" sərgilərində iştirakının təmin olunması nəzərdə tutulur. Yerli sərgilərə gəldikdə, oktyabr ayında 6-cı "Rebuild Karabakh"da iştirakımız nəzərdə tutulur".

Xəbər lenti