IMG-LOGO

Zelenski mayın 5-dən 6-na keçən gecə atəşkəsin tətbiq edildiyini elan edib

05 May 2026 00:12 4 baxış
IMG

Ukrayna Prezidenti Volodimir Zelenski mayın 8 və 9-da İkinci Dünya müharibəsində qələbə münasibətilə Rusiyanın barışıq bəyanatına cavab olaraq, mayın 5-dən 6-na keçən gecə atəşkəs rejiminin tətbiq edildiyini bildirib.

"Report" xəbər verir ki, bu barədə Ukrayna lideri özünün "Telegram" kanalında yazıb.

"Bu günə qədər Ukraynaya Rusiya sosial şəbəkələrində bəyan edilən hərbi əməliyyatların dayandırılması ilə bağlı heç bir rəsmi müraciət daxil olmayıb. Hesab edirik ki, insan həyatı hər hansı bir ildönümünün qeyd edilməsindən müqayisəolunmaz dərəcədə daha böyük dəyərdir. Bununla əlaqədar olaraq, mayın 5-dən 6-na keçən gecə saat 00:00-dan etibarən sükut rejimi elan edirik. Həmin vaxta qədər olan müddət ərzində sükutun başlanmasını təmin etmək tamamilə realdır. Göstərdiyim gündən başlayaraq güzgü prinsipi ilə hərəkət edəcəyik", - o yazıb.

Onun sözlərinə görə, Rusiya hakimiyyətinin Ukraynaya qarşı müharibəni başa çatdırmaq üçün real addımlar atmasının vaxtı çatıb.

Daha əvvəl Rusiya Müdafiə Nazirliyi İkinci Dünya müharibəsində qələbənin qeyd olunması şərəfinə mayın 8 və 9-da Ukrayna ilə atəşkəs rejiminin tətbiq edildiyini elan edib.

Xəbər lenti