IMG-LOGO

Braziliyada təyyarənin yaşayış binasına düşməsi nəticəsində 2 nəfər ölüb

05 May 2026 00:00 5 baxış
IMG

Braziliyanın Belu-Orizonti şəhərində yüngülmühərrikli təyyarə yaşayış binasına düşüb, nəticədə 2 nəfər ölüb.

"Report" xəbər verir ki, bu barədə Portuqaliya mediası məlumat yayıb.

Bildirilib ki, birmühərrikli təyyarə şəhərin şimal-şərqindəki üçmərtəbəli yaşayış binasına çırpılıb. Təyyarə binanın divarını deşib, bu zaman onun qanadları dayanacağa düşüb. Həmçinin yanacaq sızması baş verib və hadisə yerinə dağılıb.

Yanğınsöndürmə xidmətinin ilkin məlumatına görə, ölənlər pilotlar olub.

Xəbər lenti