IMG-LOGO

Almaniyada avtomobilin vurması nəticəsində azı 2 nəfər ölüb

04 May 2026 22:00 3 baxış
IMG

Leypsiqdə avtomobilin insanların üzərinə sürülməsi nəticəsində azı 2 nəfər ölüb və daha 2 şəxs ağır yaralanıb.

"Report" xəbər verir ki, bu barədə "Berliner Zeitung" məlumat yayıb.

Qeyd olunub ki, hadisə Leypsiqin tarixi mərkəzində, ticarət küçələrinin birində baş verib. Hüquq-mühafizə orqanları nümayəndəsinin sözlərinə görə, minik avtomobili şəhərin mərkəzindən keçib. Yol-nəqliyyat hadisəsinin təfərrüatları araşdırılır.

"Bild" qəzeti 8 nəfərin yaralandığını bildirir. Sürücünün yüksək sürətlə hərəkət etdiyi qeyd olunub.

Xəbər lenti