IMG-LOGO

"Space"in yeni rəhbəri Ayaz Mustafayev kimdir? - Diplomatiyadan mediaya...

04 May 2026 16:45 3 baxış
IMG
2 0

Xəbər verdiyimiz kimi "Space" televiziyasına yeni baş direktor təyin edilib.

Lent.az yeni direktorun bioqrafiyasını təqdim edir. 

- Ayaz Mustafayev harada anadan olub?

- Ayaz Mustafayev 1986-cı ildə Mingəçevir şəhərində anadan olub. 

- Ayaz Mustafayev harada təhsil alıb?

- Ayaz Mustafayev 2004–2008-ci illərdə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsində Beynəlxalq münasibətlər ixtisası üzrə təhsil alaraq, oranı fərqlənmə diplomu ilə bitirib. 2010–2011-ci illərdə Malta Universitetinin nəzdində fəaliyyət göstərən Aralıq Dənizi Diplomatik Akademiyasında “Diplomatiya” ixtisası üzrə magistr təhsili alıb. Eyni zamanda ADA Univetsitetinin “Advanced Foreign Service Program”ının məzunudur. 

- Ayaz Mustafayev ilk əmək fəaliyyətinə nə zaman və harada başlayıb?

- Ayaz Mustafayev əmək fəaliyyətinə 2009-cu ildə başlayan Ayaz Mustafayev Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində, eləcə də ölkəmizin Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı Səfirliyində müxtəlif yüksək vəzifələrdə çalışıb. Daha sonra isə Böyük Britaniyadakı əmək fəaliyətini İctimai Televiziyanın və AZTV-nin London bürosunda davam etdirib.

- Ayaz Mustafayevin media təcrübəsi varmı?

Ayaz Mustafayev ötən müddət ərzində mətbuat və media sahəsində geniş beynəlxalq təcrübə qazanıb.  

O, Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsil Tələbə Krediti Fondunda rəhbər vəzifədə çalışıb. 

Müxtəlif ölkələrdə beynəlxalq təcrübə qazanmış Ayaz Mustafayev peşəkar inkişafı çərçivəsində bir sıra ixtisasartırma proqramlarında iştirak edib və sertifikatlar əldə edib. Bunlara Young Diplomats Forum (London), həmçinin insan resurslarının və layihələrin idarə olunması üzrə təlim (Sinqapur Xarici İşlər Nazirliyi) daxildir. 

Ayaz Mustafayev Space tv-nin direktoru Ayaz Mustafayev kimdir?

Xəbər lenti