IMG-LOGO

ASTF rəsmiləri Beynəlxalq Stolüstü Tennis Federasiyasının 100 illik yubiley sammitində iştirak ediblər

04 May 2026 16:30 4 baxış
IMG

Bu il 100 illiyi qeyd olunan Beynəlxalq Stolüstü Tennis Federasiyasının (BSTF) yubiley sammiti keçirilib.

Azərbaycan Stolüstü Tennis Federasiyasından (ASTF) "Report"a verilən məlumata görə, Londonda təşkil olunan tədbirdə ASTF-nin vitse-prezidenti Elmar İslamla baş katibi Könül Mikayılova da iştirak ediblər.

Quruma üzv ölkələrin rəsmilərinin qatıldığı toplantıda son bir ildə görülən işlərlə bağlı hesabat dinlənilib, stolüstü tennisin mövcud durumu və gələcək fəaliyyət planı müzakirə olunub, müvafiq tapşırıq və tövsiyyələr verilib. Həmçinin BSTF-nin yeni konstitusiyası qəbul olunub.

Sonda təşkilatın rəhbərliyi tərəfindən məqsədyönlü fəaliyyət göstərən federasiyalara təşəkkür bildirilib, sözügedən idman növünün inkişafı istiqamətində uğurlar arzulanıb.

Xəbər lenti