IMG-LOGO

Meloni Avropada miqrasiya və təhlükəsizlik böhranlarına kompleks yanaşma tələbi ilə çıxış edib

04 May 2026 13:51 4 baxış
IMG

İtaliyanın Baş naziri Corcia Meloni Avropada miqrasiya, təhlükəsizlik və iqtisadiyyat da daxil olmaqla, bir-biri ilə əlaqəli böhranların həllinə kompleks yanaşmanın zəruriliyini bəyan edib.

"Report" xəbər verir ki, o, bu barədə bu gün "Avropa Siyasi Birliyi"nin İrəvanda keçirilən sammitində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, miqrasiya təzyiqinin artması təkcə təhlükəsizliyə deyil, həm də iqtisadiyyata, əmək bazarına və sosial sabitliyə təsir göstərir:

"Nəzarətsiz miqrasiya axınları dövlət resurslarına yük yaradır, rəqabət qabiliyyətini aşağı salır və sosial gərginliyi artırır".

C.Meloni vurğulayıb ki, heç bir ölkə bu çağırışların öhdəsindən təkbaşına gəlmək iqtidarında deyil. O, beynəlxalq əməkdaşlığın, o cümlədən Avropa İttifaqı səviyyəsində gücləndirilməsinə çağırıb.

Xəbər lenti