IMG-LOGO

Aİ: Türkiyənin Ermənistanda ASB sammitində iştirakı xüsusi əhəmiyyət daşıyır

04 May 2026 12:20 5 baxış
IMG

Türkiyənin vitse-prezidenti Cevdet Yılmazın İrəvanda Avropa Siyasi Birliyinin (ASB) sammitində iştirakı Ermənistan və Türkiyə arasındakı tarixi münasibətlər kontekstində mühüm addım kimi qiymətləndirilməlidir.

"Report"un Avropa bürosunun məlumatına görə, bunu Avropa İttifaqının rəsmi nümayəndəsi bəyan edib.

Onun sözlərinə görə, türk nümayəndəsinin iştirakı müstəsna xarakter daşıyır. ASB çərçivəsində adətən ölkə liderlərinin əvəz edilməsinə icazə verilmir, lakin bu halda erməni-türk münasibətlərindəki "unikal kontekst və tarixi an" nəzərə alınaraq istisna edilib.

"Türkiyə nümayəndəsinin Ermənistanda keçirilən beynəlxalq görüşdə iştirak etməsi faktının özü böyük əhəmiyyət daşıyır", - Aİ nümayəndəsi qeyd edib.

Onun sözlərinə görə, İrəvandakı sammit Cənubi Qafqaz regionunda keçirilən ilk ASB tədbirinə çevrilib.

Xəbər lenti