IMG-LOGO

Rusiyada kömür mədənində ölənlərin sayı 8 nəfərə çatıb

04 May 2026 11:42 3 baxış
IMG

Rusiyanın Maqadan vilayətindəki Kadıkçan kömür mədənində həlak olanların sayı səkkiz nəfərə çatıb.

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə regionun qubernatoru Sergey Nosov bildirib.

Onun sözlərinə görə, axtarış işləri başa çatıb, dağıntılar altından daha dörd fəhlənin meyiti çıxarılıb. Xilasetmə əməliyyatı dörd gün fasiləsiz davam edib. 15,5 min kubmetr süxur təmizlənib.

İlkin məlumata görə, sürüşən dağ süxurları kütləsinin həcmi 80 min kubmetrə çatıb.

Hadisə ilə bağlı iki və daha çox şəxsin ölümünə səbəb olan təhlükəsizlik qaydalarının pozulması faktı üzrə cinayət işi açılıb.

Xəbər lenti