Lent.az-ın "Bir sual, bir cavab" rubrikasında növbəti sual uğursuz estetik əməliyyatlarla bağlıdır.
Estetik əməliyyat uğursuz olduqda, həkimi məhkəməyə vermək olar?
Lent.az xəbər verir ki, "Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenum Qərarına əsasən, estetik əməliyyatlar adi xidmət deyil, nəticəsinə təminat verilən podrat işidir. Yəni həkim əməliyyatı elə etməlidir ki, nəticə müqavilədə və vəd edilən keyfiyyətə uyğun olsun. Əgər nəticə fərqlidirsə və ya əməliyyat sizin xarici görünüşünüzü pisləşdiribsə, bu qüsurlu nəticə sayılır. Belə halda sizə dəyən maddi və mənəvi zərərin ödənilməsi üçün məhkəmə qarşısında iddia qaldıra bilərsiniz.
estetik əməliyyat uğursuz estetik əməliyyatda pulu necə geri almaq olar? bir sual - bir cavab