IMG-LOGO

Şavkat Mirziyoyev ADB çərçivəsində süni intellekt üzrə xüsusi proqram yaradılmasını irəli sürüb

04 May 2026 10:36 2 baxış
IMG

Özbəkistan Asiya İnkişaf Bankının (ADB) himayəsi altında inkişaf etməkdə olan ölkələrdə süni intellektin genişmiqyaslı tətbiqi üzrə xüsusi proqramın hazırlanmasını təklif edir.

"Report"un Səmərqəndə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ADB Direktorlar Şurasının 59-cu illik iclasının rəsmi açılış mərasimində bildirib.

Ş.Mirziyoyev vurğulayıb ki, açıq süni intellekt modellərindən istifadə əhalinin ən çox ehtiyac duyduğu təhsil, səhiyyə, su təsərrüfatı, ekologiya və ərzaq təhlükəsizliyinin təmin olunması sahələrində də zəruridir.

O, həmçinin qeyd edib ki, Özbəkistan ADB-nin "Asiya üçün rəqəmsal magistral" təşəbbüsünə qoşulub və bununla əlaqədar olaraq Daşkənddə onun regional koordinasiya mərkəzinin açılması ilə bağlı təklif irəli sürüb.

Xəbər lenti