IMG-LOGO

Özbəkistanın "Milli İnvestisiya Fondu"nun səhmləri beynəlxalq bazara çıxarılacaq

04 May 2026 10:02 3 baxış
IMG

Yaxın vaxtlarda Özbəkistanın "Milli İnvestisiya Fondu"nun səhmləri beynəlxalq bazara çıxarılacaq.

"Report"un Səmərqəndə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ADB-in Direktorlar Şurasının 59-cu illik iclasının rəsmi açılış mərasimində bildirib.

Onun sözlərinə görə, bura strateji cəhətdən nəhəng 13 müəssisənin bütün aktivləri daxildir: "Əminəm ki, belə bir mühüm addım tərəfdaşlarımızın ölkənin investisiya mühitinə etimadını daha da möhkəmləndirəcək".

Xəbər lenti