Əfsanəvi portuqaliyalı məşqçi Joze Mourinyo karyerası ərzində bir çox ölkədə və aparıcı klublarda, o cümlədən "Benfika" (Lissabon), "Porto" (Porto), "Çelsi" və "Tottenhem" (London), "Mançester Yunayted" (Mançester), "İnter" (Milan), "Real" (Madrid), "Roma" (Roma) və "Fənərbaxça" (İstanbul) kimi klublarda çalışıb.
Lent.az-ın xəbərinə görə, Joze Mourinyo İtaliyanın "Il Giornale" qəzetinə verdiyi müsahibədə karyerasının ən yaxşı şəhərini açıqlayııb. Təəccüblüdür ki, bu, London, Milan və ya Madrid deyil.
"Romada qalib gəlmək niyə bu qədər çətindir? Bilmirəm: mənim üçün Roma karyeramın ən yaxşı yeri idi. Heç vaxt futbol komandasının ətrafında belə inanılmaz bir atmosfer yaşamamışam. “Olimpiko” həmişə dolu olurdu və insanlar oyunçulara inanılmaz dərəcədə yaxşı yanaşırdılar. Gözləntilər yüksəkdirmi? Bu, problem deyil, çünki Konfrans Liqasını qazandığımız zaman qeyd etmə dəlicəsinə idi: Heç vaxt belə bir şey görməmişəm, hətta Çempionlar Liqasının qələbələri zamanı belə. Amma Romadakı vaxtım bitdi.
Niyə? Daha heç nə demək istəmirəm. Bir şey deyəcəyəm: heç kim "Roma" azarkeşlərini günahlandırmamalı və qalib gəlməməyimizin onların günahı olduğunu deməməlidir. Azarkeşlər komandanı dəstəkləyənlərdir və heç kim onlara toxunmamalıdır".
İdman xəbərləri