IMG-LOGO

Şimali Koreyanın qadın futbolçuları Cənubi Koreyaya səfər edəcək

04 May 2026 07:18 3 baxış
IMG

Şimali Koreyanın qadınlardan ibarət "Naegohyang Women's FC" futbol klubu "Suwon FC Women" ilə oyun üçün Cənubi Koreyaya səfər edəcək.

"Report" xəbər verir ki, bu barədə Koreya Respublikasının Birləşmə Nazirliyi məlumat yayıb.

Oyun mayın 20-də Asiya Futbol Konfederasiyasının (AFC) Qadınlararası Çempionlar Liqasının yarımfinal mərhələsi çərçivəsində keçiriləcək.

Agentliyin məlumatına görə, Şimali Koreya hakimiyyəti 27 qadın futbolçu, 12 məşqçi və inzibati heyətin üzvünün daxil olduğu nümayəndə heyətinin siyahısını göndərib.

Xəbər lenti