IMG-LOGO

Kolumbiyada yük maşını insanlara çırpılıb, ölənlər və yaralılar var

04 May 2026 06:54 4 baxış
IMG

Kolumbiyanın Popayan şəhərində avtomobil yarışı zamanı faciə baş verib.

"Report"un "Reuters"ə istinadən verdiyi məlumata görə, hadisə dünən ölkənin cənubundakı Kauka departamentində qeydə alınıb.

Bölgə qubernatorunun sözlərinə görə, yük maşınının tamaşaçıları vurması nəticəsində ən azı iki nəfər ölüb, 37 nəfər yaralanıb.

Sosial mediada yayılan görüntülərdə nəhəng nəqliyyat vasitəsinin maneəni aşdığı, lakin sonra dayana bilmədiyi və tamaşaçı izdihamına çırpıldığı görünür.

Kolumbiyanın "El Espectador" qəzetinin məlumatına görə, ölənlərdən biri 10 yaşlı qız olub.

Xəbər lenti