IMG-LOGO

ÜST: Kruiz gəmisində hantavirusun yayılması nəticəsində üç nəfər ölüb

04 May 2026 04:12 6 baxış
IMG

Atlantik okeanında kruiz gəmisindəki üç sərnişin hantavirusa yoluxmadan sonra ölüb.

"Report"un "Reuters"ə istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı bildirib.

ÜST-ün məlumatına görə, ümumilikdə altı nəfər xəstəxanaya yerləşdirilib. Hantavirusa yoluxma hallarından biri artıq laboratoriyada təsdiqlənib.

Yoluxmuş şəxslərdən biri Cənubi Afrikada reanimasiyadadır. ÜST və müvafiq qurumlar əlavə laboratoriya testləri də daxil olmaqla epidemioloji araşdırmanı davam etdirir.

Hantavirus adətən insanlara yoluxmuş gəmiricilərin ifrazatları ilə təmas yolu ilə ötürülür. İnfeksiya ciddi tənəffüs yolları ağırlaşmalarına səbəb ola bilər.

Xəbər lenti