IMG-LOGO

Lerikdə ildırım vuran gənc ölüb

03 May 2026 22:34 3 baxış
IMG

Lerikdə 21 yaşlı gənc ildırım vurmasından ölüb.

"Report"un cənub bürosunun məlumatına görə, hadisə rayonun Laman kəndində baş verib.

Belə ki, kənd sakini 2005-ci il təvəllüdlü Cəfər Əbdül oğlu Mirzəzadəni ildırım vurub. O, aldığı xəsarətlərdən ölüb.

Meyit aidiyyəti üzrə təhvil verilib.

Xəbər lenti