IMG-LOGO

Polşanın şimal-şərqində NATO-nun "Amber Shock" təlimləri keçirilir

03 May 2026 17:47 3 baxış
IMG

Polşanın şimal-şərqindəki Ojış şəhərində yerləşən poliqonda NATO-nun "Amber Shock-26" hərbi təlimləri keçirilir.

"Report" xəbər verir ki, bu barədə PAP agentliyinə NATO-nun "Şimal-Şərq" çoxmillətli çevik reaksiya ordu korpusunun mətbuat katibi Dariuş Quzenda bildirib.

"Təlimlərdə NATO-nun bir neçə ölkəsindən 3,5 mindən çox hərbi qulluqçu, eləcə də bir neçə yüz ədəd texnika iştirak edir", - o dəqiqləşdirib.

Onun sözlərinə görə, manevrlərə alyansın çoxmillətli ordu korpusunun hərbçilərindən əlavə, ABŞ Quru Qoşunlarının Almaniyada daimi əsasda dislokasiya olunmuş 2-ci süvari alayı da cəlb edilib. Korpusun nümayəndəsi həmçinin qeyd edib ki, mayın 7-də döyüş sursatları ilə artilleriya atışları təlimlərin kulminasiya anı olacaq.

Qeyd edək ki, "Amber Shock"un da bir hissəsi olduğu irimiqyaslı çoxmillətli "Sword 26" təlimləri Baltikyanı ölkələrdə, Polşa, İsveç, Norveç və Finlandiyada keçirilir. Təlimlərə 15 minə yaxın hərbçi cəlb olunacaq.

Xəbər lenti