IMG-LOGO

Telefonu ayaqqabısının altında gizlədibmiş – İmtahandan çıxarıldı

03 May 2026 12:09 2 baxış
IMG
0 0

Bu gün Azərbaycan dilindən fərqli dillərdə tədris aparılan ümumi təhsil müəssisələrinin 9-cu və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanı çərçivəsində Azərbaycan dili (dövlət dili kimi) imtahanı keçirilib. Həmçinin ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən əvvəlki illərin məzunları imtahan veriblər.

DİM-dən Lent.az-a bildirilib ki, ilkin məlumatlara əsasən, imtahan binasının girişində yoxlama zamanı bir nəfərin ayaqqabısının altında gizlədilmiş mobil telefon aşkarlanıb. Qeyd olunan hal aktlaşdırılıb və araşdırma aparılacaq.

buraxılış imtahanı

Xəbər lenti