"İnter Mayami" Baş Futbol Liqasının (MLS) müntəzəm çempionatının ev oyununda "Orlando"ya 3:4 hesabı ilə uduzub.
"Report" xəbər verir ki, qaliblərin heyətində 39, 68 və 78-ci dəqiqələrdə fərqlənən Martin Oxeda het-trik edib. Daha bir qolu Tayriz Spayser (90+3) vurub.
Meydan sahiblərinin heyətində Yan Frey (4), Telasko Seqoviya (25) və Lionel Messi (33) fərqləniblər.
11 oyundan sonra aktivində 19 xal olan "İnter Mayami" Şərq Konfransının turnir cədvəlində üçüncü yeri tutur. "Orlando" isə 10 xalla 13-cü pillədədir.
"İnter Mayami" növbəti matçda mayın 9-da səfərdə "Toronto" ilə oynayacaq, "Orlando" isə səfərdə "Monreal"la qarşılaşacaq.