IMG-LOGO

AZAL Bakıdan Dubaya uçuşları bərpa edir

02 May 2026 12:15 2 baxış
IMG

"Azərbaycan Hava Yolları" QSC (AZAL) Bakıdan Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərinə uçuşlara yenidən başlayır.

"Report" bu barədə AZAL-a istinadən xəbər verir.

Bildirilib ki, Dubay istiqaməti üzrə reyslərə 15 maydan etibarən start verilir. Uçuşlar hər gün həyata keçiriləcək.

Biletləri AZAL-ın saytından və ya mobil tətbiqindən indi əldə etmək mümkündür.

Qeyd edək ki, fevralın 28-də Yaxın Şərqdə baş verən son hadisələr və hava məkanında tətbiq olunan məhdudiyyətlər səbəbindən AZAL Dubay istiqaməti üzrə uçuşları dayandırmışdı.

Xəbər lenti