Luis Enrike Kilian Mbappenin PSJ-dən ayrılmasından sonrakı dövr haqqında bir daha danışıb.
Lent.az bildirir ki, fransız futbolçu klubu 2024-cü ildə tərk edib. 2025-ci ildə parislilər ilk dəfə Çempionlar Liqasını qazanıblar və indi, Mbappesiz ikinci mövsümündə Luis Enrikenin komandası yenidən finala çıxmağa yaxındır.
"Düşünürəm ki, Mbappenin bu komanda üçün əsl problem olduğunu və onsuz daha güclü olacağımızı deyəndə çox cəsarətli idim. Bunu ikinci dəfə sübut edəcəyik. Hər iki klubun statistikası bunu açıq şəkildə göstərir", - məşqçi bildirib.
PSJ və “Bavariya” arasında yarımfinalın ikinci oyunu mayın 6-da Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
İdman xəbərləri