IMG-LOGO

Meksikada turistləri daşıyan avtobus aşıb, 11 nəfər ölüb

02 May 2026 03:19 4 baxış
IMG

Meksikanın qərbindəki Nayarit ştatında turist avtobusunun iştirakı ilə ağır yol qəzası baş verib.

"Report"un "Reuters"ə istinadən verdiyi məlumata görə, qəza nəticəsində ən azı 11 nəfər ölüb, 31 nəfər yaralanıb.

Qeyd olunub ki, Xalisko ştatından hərəkət edən avtobus sərnişinləri istirahət mərkəzinə aparırmış. Ancaq Amatlan-de-Kana şəhəri yaxınlığında nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb.

Hadisə yerinə xilasetmə xidmətləri göndərilib və qəzanın səbəblərini müəyyən etmək üçün yol müvəqqəti bağlanıb.

Xəbər lenti