IMG-LOGO

Ağdamda avtomobillər toqquşub, 2 nəfər ölüb, 4-ü xəsarət alıb

01 May 2026 19:46 2 baxış
IMG

Ağdam rayonunda iki nəfərin ölümü, dörd nəfərin xəsarət almasıyla nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qarabağ bürosunun məlumatına görə, hadisə Xankəndi-Ağdam yolunun Xıdırlı kəndi ərazisində qeydə alınıb.

Hərəkətdə olan "VAZ-2107" və "Opel" markalı avtomobillərin toqquşması nəticəsində iki nəfər ölüb, dörd nəfər isə ağır xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır

Xəbər lenti