İt Bolqarıstanın 52-ci Milli Assambleyasının plenar iclaslarında daimi iştirakçı olacaq.
Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, 52-ci Milli Assambleyaya növbədənkənar seçkilər aprelin 19-da baş tutub. Yeni parlament ilk iclasını aprelin 30-da keçirib.
Deputatlardan biri görmə qabiliyyəti zəif olan İvan Yanevdir və o, Rover adlı labrador bələdçi itindən istifadə edir. Bir neçə gün əvvəl onlar ikisi marşrutları öyrənmək üçün binaya baş çəkiblər.
Yanev parlamentdə mütləq əksəriyyəti (240 yerdən 131) qazanan “Proqressiv Bolqarıstan” blokunun siyahısından seçilib.
Parlamentdə Roverin 241-ci deputat olması ilə bağlı bir zarafat edirlər. Labrador deputatı komitə iclaslarında və plenar iclasda müşayiət edəcək.
İt parlament