IMG-LOGO

FHN-in idmançıları yarışlarda yüksək nəticələr əldə ediblər

01 May 2026 19:05 3 baxış
IMG
0 0

Aprelin 23-30-da Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Taekvondo Federasiyasının təşkilatçılığı ilə FHN-in İdman-sağlamlıq klubunun idman bazasında taekvondo idman növü üzrə yeniyetmələr arasında ölkə birinciliyi keçirilib.

Fövqəladə Hallar Nazirliyindən Lent.az0a verilən xəbərə görə, üç gün davam edən yarışda paytaxt və müxtəlif bölgələrdən 70 klub və idman cəmiyyətlərini təmsil edən 554 idmançı əzmkar mübarizə apararaq öz qüvvələrini sınayıblar.

Yarışda iştirak edən FHN-in taekvondo üzrə yeniyetmə qız və oğlanlardan ibarət komandasının üzvləri məşqçi müəllim və İdman-sağlamlıq klubunun əməkdaşı gizir Xəyalə Ağayevanın rəhbərliyi altında yüksək nəticələr əldə ediblər. Belə ki, qızlar arasında 47 kq çəki dərəcəsində Ayan Quliyeva gümüş, 41 kq çək dərəcəsində Dəniz Xancanlı bürünc, oğlanlar arasında isə +65 kq çəki dərəcəsində Mirmansur Muxtarlı bürünc medal qazanıb.

Qaliblərə Gənclər və İdman Nazirliyinin təsis etdiyi diplom və medallar təqdim edilib.

İdman xəbərləri

Xəbər lenti