Bakıda arvadına xəsarət yetirən kişiyə cinayət işi açılıb.
Lent.az xəbər verir ki, hadisə Nizami rayonu, Tofiq Abbasov küçəsindəki mənzillərdən birində qeydə alınıb.
İttiham aktına görə, 26 yaşlı Mənsum Səfərov (ad və soyad şərtidir) gecə saatlarında yaşadığı evə sərxoş halda gəlib. O, qapını nə qədər döysə də, arvadı qapını açmayıb. Buna görə də ər-arvad arasında mübahisə yaranıb. Mübahisə zamanı Mənsum arvadının qolunu dişləyib və yumruqla çiyninə vuraraq xəsarətlər yetirib.
Bu əməlinə görə, onun barəsində cinayət işi açılıb.
Təqsirləndirilən şəxs ifadəsində zərərçəkənlə barışdığını deyərək, barəsində açılan cinayət işinə xitam verilməsini istəyib. Zərərçəkən şəxs də əri ilə barışdığını, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını deyib.
Məhkəmənin qərarı ilə cinayət təqibinə xitam verilib və Mənsum Səfərov məsuliyyətdən azad edilib.
Hadisələr cinayət işləri məhkəmə işləri