Bu gün saat 15:40 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzində Bakı şəhəri, Xətai rayonu, 257 nömrəli məktəbdən nəm salfetdən keçən allergiya səbəbilə çağırış qeydə alınıb.
Bu barədə Lent.az-a TƏBİB-dən bildirilib.
Qeyd olunub ki, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.
Təcili tibbi yardım briqadası tərəfindən 7 nəfərə yerində ilkin tibbi yardım olunub.
***
saat 17:51
Sosial şəbəkələrdə Bakı şəhəri Xətai rayonu 257 nömrəli tam orta məktəbdə şagirdlər arasında kütləvi zəhərlənmə hadisəsinin baş verdiyi ilə bağlı iddialar səsləndirilib.
257 nömrəli tam orta ümumtəhsil məktəbdən Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, mayın 1-də nəm salfetdən istifadə nəticəsində məktəbin V sinfinin bir neçə şagirdinin əlində allergik əlamətlər müşahidə olunub.
Məktəb rəhbərliyi tərəfindən dərhal təcili tibbi yardıma məlumat verilib, şagirdlər yerində müayinə olunub və onlara müvafiq yardım göstərilib.
Həmçinin məktəb rəhbərliyi digər aidiyyəti dövlət qurumlarına və şagirdlərin valideynlərinə məlumat verib.
Hazırda şagirdlərin vəziyyəti normaldır.
Məktəb allergiya