IMG-LOGO

Tbilisidə səyyar ASAN xidmət: Azərbaycan vətəndaşları üçün xidmətlər göstəriləcək

01 May 2026 16:45 4 baxış
IMG

Gürcüstanda yaşayan Azərbaycan vətəndaşları üçün səyyar ASAN xidmət təşkil olunacaq.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, 2026-cı il 5, 6 və 7 iyun tarixlərində Azərbaycanın Gürcüstandakı səfirliyində səyyar xidmət çərçivəsində bir sıra dövlət xidmətləri göstəriləcək.

Vətəndaşlar üçün şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, həmçinin məhkumluq barədə arayışların verilməsi nəzərdə tutulur.

Xidmətlərdən yararlanmaq istəyən şəxslər əvvəlcədən Elektron Növbə Portalı vasitəsilə qeydiyyatdan keçməlidirlər. Bunun üçün portalda səfirlik seçilərək müvafiq tarixlər üzrə lazımi xidmət növü seçilməlidir.

Qeyd olunur ki, tələb olunan sənədlər tam təqdim edilmədiyi halda xidmət göstərilməyəcək. Eyni zamanda, vətəndaşlardan təyin olunmuş vaxtdan ən azı 15 dəqiqə əvvəl səfirlikdə olmaları xahiş edilir.

Səfirlik Tbilisi şəhərində, Vaxtanq Qorqasali küçəsində yerləşir.

Xəbər lenti