IMG-LOGO

Okamponun ifşaedici kadrları Aİ və qurumlarının korrupsiya təsirinə məruz qaldığını sübut edir - RƏY

01 May 2026 17:00 4 baxış
IMG

Avropa İttifaqı (Aİ) qurumlarının çətirinin altında olan beynəlxalq təşkilatlar üçün xarakterik korrupsiya formaları lobbiçilik və onun korrupsiyaya keçididir.

"Report" xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə bildirib.

Onun sözlərinə görə, xüsusilə etnik lobbi qruplar, onlara məxsus kommersiya şirkətlərin və ya qrupların Aİ-nin qərar qəbuluna təsiri üçün axıtdıqları maliyyə diqqət çəkir. Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) keçmiş prokuroru, korrupsiya və separatizmə dəstəyi ilə tanınan Luis Moreno Okamponun və oğlunun daxil olduğu növbəti ifşaedici kadrlar da bu reallığı bir daha təsdiqlədi.

O qeyd edib ki, Azərbaycana qarşı hər zaman qərəzli mövqe sərgiləyən keçmiş prokurorun həyat yolunda kifayət qədər qaranlıq və qalmaqallı məqamlar var:

"Luis Okampo və onun oğlu Tomasın ifşa olunan kadrları Avropa qurumlarında kök salmış siyasi korrupsiyaya işıq salır. Keçmiş prokuror kadrlarda bildirir ki, erməni lobbisinin əsas məqsədi Ermənistanda baş nazir Paşinyanı devirməkdən ibarətdir. Prokuror Avropa strukturlarının Ermənistanda əhalini kütləvi etirazlara səsləməklə yanaşı, Avropa Parlamentindəki adamları vasitəsilə Ermənistana siyasi təzyiqlər etmək üçün işlərin aparıldığını bildirir və diqqətə çatdırır ki, onun Avropa qurumlarında C.Borrel kimi adamı var. Bu faktlar təsdiqləyir ki, bir çox dairələrdə lobbi maraqları və şəxsi mənfəət ədalət və humanizm dəyərlərinin yerini alıb. Adıçəkilən şəxslərin Azərbaycana qarşı təhdid və təzyiqlərinin əsl səbəbi fundamental insan hüquqları yox, tutduğu vəzifədən, qurduğu əlaqələrdən istifadə edərək dövlətlərarası münasibətlərə neqativ təsir göstərməklə, Avropa İttifaqı, onun parlamenti və digər beynəlxalq qurumlara təsir etməklə sərvət əldə etməkdir".

Vüqar Rəhimzadə vurğulayıb ki, tarixi Zəfərin yaratdığı reallıqlar, regionda sülhün təmin olunması, Azərbaycan və Ermənistan arasında danışıqlarda əldə edilən irəliləyişlər bəzi dairələri ciddi şəkildə narahat edir:

"Nikol Paşinyanın Qarabağın Ermənistana məxsus olmadığını, bu məsələnin erməniləri inkişafdan saxladığını bildirməsi həmin dairələri, erməni lobbisini Paşinyana qarşı hərəkətə gətirib. Həmin qüvvələr yayda keçiriləcək seçkidən yararlanmağa, Ermənistanın daxili işlərinə qarışmağa cəhdlər edirlər. Onların məqsədi regionda münaqişə yaratmaq, sülh prosesini pozmaq və bununla da öz maraqlarını reallaşdırmaqdır. Bunun üçün Okampo, Borrel kimi korrupsiyonerlərdən istifadə edirlər. İfşa olunan kadrlar bu şəxslərin əsl simalarını ortaya qoyur. Aİ-nin rəhbərliyində təmsil olunmuş, Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru olmuş şəxslər insan hüquqularından, demokratiyadan, qanunlardan dəm vurduqları halda reallıqda fırıldaqçılıq, korrupsiya ilə məşğul imişlər".

Deputatın fikrincə, həmin qüvvələr unudurlar ki, artıq Cənubi Qafqaz regionunda yeni reallıqlar yaranıb:

"Azərbaycan Qarabağı işğaldan azad etməklə gücünü bütün dünyaya göstərib, Ermənistanda isə nəhayət, gec də olsa münaqişənin onlara zərərdən başqa heç bir şey verməyəcəyini anlayıblar. Bu səbəbdən də xarici anti-Azərbaycan dairələrinin apardıqları qərəzli kampaniyalar uğursuzluğa məhkumdur".

Xəbər lenti